Elon Maskın COVID-19 testi 2-2

Elon Maskın COVID-19 testi 2-2

Hazırda oxunan: Elon Maskın COVID-19 testi 2-2

3271

Tesla şirkətinin icraçı direktoru Elon Mask, eyni gündə 4 koronavirus (Covid-19) testi etdirdiyini, 2-sinin mənfi, digər 2-sinin isə müsbət olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, Elon Mask bu xəbəri şəxsi "twitter" hesabında paylaşıb. 

"Bu gün 4 dəfə Covid-19 testi verdim. Test nəticələrimdən 2-si mənfi olduğu halda, digər 2-si müsbət nəticə verdi''.

''Eyni cihaz, eyni test, eyni tibb bacısı. Bekton Dikinson-un sürətli antigen testi ”-deyə, paylaşımında qeyd edən Mask, "böyük bir hiylə fırlanır" deyərək, Bekton Dikinson tibbi teknoloji şirkətinə ultimatum göndərib. 

Həmçinin izləyicisinin ondan hansı simptomların olduğu haqda verdiyi suala "tipik soyuqdəymə simtopları"- deyə, cavab verərək indiyə qədər ciddi bir problem yaşamadığını bildirib.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO