Xəbər verildiyi kimi, Türkiyənin Kahramanmaraş vilayətində yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan amfibiya təyyarə Rusiyaya məxsus olub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı - VİDEO
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, təyyarədə beş Rusiya, üç Türkiyə vətəndaşı olub. Qəzadan xilas olan olmayıb.
Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, vilayətin On iki fevral rayonunun Ilıca məhəlləsinə ildırım düşüb və nəticədə meşəlik ərazidə yanğın başlayıb.
Əraziyə cəlb olunan yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media