Rusiyalı alpinistlər Tyan-Şan dağlarında öldü

Rusiyalı alpinistlər Tyan-Şan dağlarında öldü

Hazırda oxunan: Rusiyalı alpinistlər Tyan-Şan dağlarında öldü

32450

Rusiyadan olan 2 alpinist Qırğızıstanda Tyan-Şan dağlarının ən yüksək zirvələrinə - Qələbə və Xan-Tenqri pikinə qalxarkən ölüb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, alpinist Valentin Mixaylov avqustun 8-də Sankt -Peterburqdan gələn qrupun tərkibində, şimal silsiləsi boyunca Qələbə zirvəsinə (7439 m) qalxarkən qar uçqununa yıxılaraq ölüb.

Bir gün əvvəl Rusiyadan gələn, soyadı açıqlanmayan Sergey adlı başqa bir alpinist isə avqustun 8-də həyat yoldaşı Natalya ilə birlikdə Xan-Tenqri zirvəsinə (7010 m) qalxarkən səhhətində problemlər yaranıb. 6800 m yüksəkliyə ensələr də alpinist hərəkət edə bilməyib.

Nataliya baza düşərgəsi ilə əlaqə saxlayıb kömək istəyib.

Ertəsi gün xilasetmə qrupu hadisə yerinə çatıb. Alpinistlərin hər ikisi xilas edilsə də avqustun 11-də Sergey dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO