Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır

Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır

Hazırda oxunan: Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır

32406

Azərbaycan hakimiyyəti 2 milyard dollarlıq İsrail silahının alınması ilə bağlı danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İsrailin “İsrael Hayom” (“İsrael Today”) qəzeti yayıb.

Mənbə yazır ki, Azərbaycan ordusunu İsrail silahları ilə gücləndirmək üçün iki əsas amili göstərir.

Birincisi, Ermənistanla sərhəddə daha tez-tez atışmalar baş verir. Bu da Qarabağda yeni müharibəyə çevrilə bilər. 

İkincisi, Azərbaycanın son müharibədə qalib gəlməsindən sonra ölkələr arasındakı münasibətlər daha da yaxşılaşıb.

Azərbaycanda artıq İsrailin müdafiə şirkətlərinin mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, təhlükəsizlikdən kənd təsərrüfatına qədər bütün sahələrdə İsrail şirkətləri Dağlıq Qarabağda tikinti işlərində ciddi şəkildə iştirak edirlər.

Bundan başqa, Azərbaycanın tezliklə İsraildə səfirlik aça biləcəyi də istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO