Kamçatkada qəzaya uğrayan helikopterdən 8 nəfər xilas edildi

Kamçatkada qəzaya uğrayan helikopterdən 8 nəfər xilas edildi

Hazırda oxunan: Kamçatkada qəzaya uğrayan helikopterdən 8 nəfər xilas edildi

32398

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayaraq Kuril gölünə düşən “Mi-8” helikopterindəki 16 nəfərdən - 13 sərnişin və 3 heyət üzvündən 8-ni xilas etmək mümkün olub.

Bizim.Media xəbər verir ki, “Vityaz-Aero” şirkətinə məxsus helikopterdə olan daha 8 nəfərin sağ tapılacağına ümid azdır.

Helikopterin komandiri və 7 sərnişin, o cümlədən bir uşaq itkin düşmüş sayılır. Helikopterin Nikolayev qəsəbəsindən Kuril gölünə və Xodutka vulkanına turist daşıdığı bildirilir.

İlkin məlumata görə, helikopter gölün dibinə - 135 metr dərinliyə düşüb.

Hadisə yerində xilasedicilər işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO