İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin Yasuc şəhərində etiraz mitinqləri keçirilib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadla xəbər verir ki, hökumətə etiraz edən gənclər Sepahın "Qüds Qüvvələri"nin komandanı Qasım Süleymaninin şəhərdə qoyulmuş heykəlini yandırıblar.
Qeyd edilib ki, bu, İranda Qasım Süleymaninin heykəl və ya foto bannerlərinin yandırılması ilə bağlı ilk belə hal deyil.
Bizim.Media