Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

Hazırda oxunan: Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

32214

22 yaşlı Həlimət Taramova Çeçenistanın paytaxtı Qroznı şəhərindən qaçarkən Dağıstanla sərhəddə saxlanılıb.  

Bizim.Media xəbər verir ki, gənc qız cinsi oriyentasiyasına görə təzyiqlərə məruz qalıb. O, bundan əvvəl bir dəfə də lesbiyan sevgilisi ilə görüşmək üçün Dağıstana qaçıb.

Ancaq atasının təzyiqi ilə Mahaçqala şəhərində saxlanılıb və məcburi geri qaytarılıb.

Bundan sonra atası ehtimal edib ki, qızını bu vəziyyətə onun içindəki “cinlər” salıb. Qızını cinlərdən xilas etmək istəyən ata, şəhərdəki klinikaların birində qızını dəyənəklə döydürərək cinləri çıxarmaq istəyib.

Bir müddət ev dustaqlığında yaşayan Həlimət bu gün evdən qaçsa da, yenidən saxlanılıb və Qroznıya qaytarılıb. 

Qeyd edək ki, Həlimət Taramova Çeçenistanın kommunal təsərrüfat nazirinin müavini Əyyub Taramovun qızıdır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO