Co Bayden rəhbərliyi Əfqanıstan paytaxtının süqutuna əvvəlcədən proqnozlaşdırıldığından xeyli əvvəl hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Washington Post” nəşrində yer alıb.
Mənbə bildirir ki, ABŞ ordusunun geri çəkilməsindən sonra Kabil 6-12 ay ərzində “Taliban” tərəfindən ələ keçirə bilər.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda sülh planı - Türkiyə Talibanla BAŞ-BAŞA
“Washington Post” qəzetinin səlahiyyətlilərə istinadən yazdığına görə, ABŞ ordusu indi şəhərin ələ keçirilməsinin 90 gün ərzində baş verə biləcəyinə inanır.
Digər hesablamalara görə, bu, bir ay ərzində də ola bilər. Bəzi rəsmilər Əfqanıstanda vəziyyətin iyun ayından bəri daha ağır olduğunu düşünürlər.
Amerika əsgərlərinin geri çəkilməsindən sonra Taliban yaraqlıları bir neçə gün ərzində ən azı 7 əyalətin paytaxtı da daxil olmaqla Əfqanıstan hökumət qüvvələrinin mövqelərini ələ keçirib.
Buna baxmayaraq, Bayden ABŞ Qüvvələrini geri çəkmək qərarının müzakirə edilməyəcəyini israr edib:
“20 illik kampaniyanı bitirmək qərarından peşman deyiləm”.
Bizim.Media