“Facebook” 243 rusiyalının hesabını sildi – SƏBƏB

“Facebook” 243 rusiyalının hesabını sildi – SƏBƏB

Hazırda oxunan: “Facebook” 243 rusiyalının hesabını sildi – SƏBƏB

32125

ABŞ-ın “Facebook” şirkəti eyni adlı şəbəkədə 65, İnstaqramda isə 243 rusiyalının hesabını silib.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, silinən hesablar əsasən Rusiyadan fəaliyyət göstərən İngiltərənin nəzarətində olan bir marketinq şirkəti olan “Fazze” ilə əlaqələndirilib: “Silinmələr əsasən Hindistan, Latın Amerikası və qismən ABŞ-da qeydiyyatdan keçən istifadəçilərin hesablarıdır”.

“Facebook”, həmçinin, Myanma vətəndaşlarının “Facebook”dakı 79 hesabını, 13 səhifəsini, 8 qrupunu və 19 İnstaqram hesabını silib.

Şirkət bu hesabların ölkədə hakimiyyəti ələ keçirən ordu ilə əlaqəli şəxslərə aid olduğunu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO