"Söz verdim ki, anama bir qəpik də verməyəcəyəm"

Hazırda oxunan: "Söz verdim ki, anama bir qəpik də verməyəcəyəm"

31950

Dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino həyatı ilə bağlı maraqlı açıqlama verib. 

Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, rejissor uşaq yaşlarından yazmağa həvəsli olduğunu bildirib. Məktəb vaxtlarından hekayələr yazmağa başlayan Tarantino anasının ona istehzalı və nifrət dolu yanaşmasından danışarkən bu ifadələri səsləndirib:

"Davamlı olaraq gileylənirdi. Barmağı ilə məni hədələyərək, yazdığın hekayələrlə qurmaq istədiyin karyeran var, bax bu, cəfəngiyata son ver, deyirdi.

Bunu eşidəndə özümə söz verdim. Bir gün müvəffəqiyyət qazanan yazar olsam, anama bir qəpik də verməyəcəyəm. Ona nə ev alacağam, nə də tətilə gedə biləcək".

Tarantino bu günə qədər anasına qarşı bu duruşunu qoruyub saxladığını açıqlayıb.

O, anasının ABŞ-ın Daxili Gəlirlər Departamenti ilə yaşadığı bir problemi həll etməsinə kömək etsə də onun üçün ev almadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO