“Gonbul”un Naqasakini darmadağın etdiyi GÜN - FOTO

“Gonbul”un Naqasakini darmadağın etdiyi GÜN - FOTO

Hazırda oxunan: “Gonbul”un Naqasakini darmadağın etdiyi GÜN - FOTO

31848

Bu gün Amerikanın Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmasından 76 il ötür. 

Bizim.Media xəbər verir ki, 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul (bomba) adlanan atom bombası “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən  Naqasaki şəhərinə atılıb.

Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90-166 min arası idisə, Naqasakidə 60 mindən 80 minə qədər olub.

Yaponiyaya ABŞ-ın atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur edib. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan edbi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirib.

O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb. 

Bu gün isə nüvə gücünə malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir.

Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir. 

Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000–dən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə atom başlığı kifayətdir.

Bizim.Media















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO