Qarabağda olan kolumbiyalı jurnalist erməni vandallığını ifşa etdi - FOTO

Qarabağda olan kolumbiyalı jurnalist erməni vandallığını ifşa etdi - FOTO

Hazırda oxunan: Qarabağda olan kolumbiyalı jurnalist erməni vandallığını ifşa etdi - FOTO

31794

Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “El Expediente” və “LaOtraCara” portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, memarlıq nümunələrinin və çoxəsrlik mədəniyyət incilərinin dağıdıldığını və yağmalandığını bildirib.

Bu xüsusda, müəllif “Qafqazın Xirosiması” adlandırdığı Ağdam şəhərində şahidi olduğu erməni vandalizmini xüsusi qeyd edib, şəhərin bir daha yaşayış üçün əlverişli hala gətirilə bilinməməsi üçün maksimum dərəcədə məhv edildiyini, Ağdam Dram Teatrının, Çörək Muzeyinin, yüzillik sarayların yerlə-yeksan edildiyini, məscidlərdə heyvan bəslənildiyini, Ağdamın “Qarabağ” futbol klubunun stadionunun yararsız hala salındığını məlumat verib.

Müəllif Cəbrayıl şəhərində kütləvi məzarlıqların talan edildiyini və erməni silahlı qüvvələrinin bu prosesdən gəlir mənbəyi kimi də istifadə etdiyini, habelə ətrafdakı çoxillik su bulaqlarını tamamilə qurutduğu və həmin bulaqları bəzəyən müxtəlif fiqurları talan etdiyini qeyd edib.

Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayıb.

Qədim Şuşa qalasının əzəməti və Cıdır düzünün gözəlliyinə heyran olduğunu ifadə edən müəllif, burada da Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminin qurbanı olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO