Rusiyanın cüdo üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anatoliy Raxlin dünyasını dəyişib.Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin də ilk cüdo müəllimi və yaxın dostu olan Raxlin 75 yaşında Sankt-Peterburq xəstəxanalarından birində vəfat edib.
Məşqçi uzun sürən xəstəlikdən sonra gözlərini əbədi yumub.

































































































