Nasa Marsdakı həyat üçün KÖNÜLLÜ axtarır

Nasa Marsdakı həyat üçün KÖNÜLLÜ axtarır

Hazırda oxunan: Nasa Marsdakı həyat üçün KÖNÜLLÜ axtarır

31713

NASA Marsda həyatın imitasiyası ilə bağlı keçiriləcək eksperimentdə iştirak etmək üçün könüllülərin axtarışına başlayıb. Artıq qurum bununla bağlı elan verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Abc13” telekanalı məlumat verib.  

4 iştirakçının bir il yaşayacağı məkan 3D printer vasitəsilə yaradılıb və Hyustondak Conson Kosmik Mərkəzinin binasında yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

“Yadplanetlilər var, onlardan siqnal alacağıq” - NASA-dan ŞOK AÇIQLAMA


İştirakçılar “açıq kosmosa çıxa” biləcək və yaxınları ilə məhdud ünsiyyət qurmalı olacaqlar, onları az miqdarda qida və resurs ehtiyatı, eləcə də qadjetlərin yoxluğu da gözləyir.

İlk eksperiment payızda başlayacaq, ümumilikdə isə NASA üç araşdırma aparmağı planlaşdırır.

“İnsanların belə bir mühitdə necə hərəkət edəcəklərini anlamaq istəyirik”, – deyə aparıcı elm adamı Qreys Duqlas bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO