Ukrayna Luqansk ətrafına ordu toplayır - Kiyev savaşa hazırlaşır? 

Ukrayna Luqansk ətrafına ordu toplayır - Kiyev savaşa hazırlaşır? 

Hazırda oxunan: Ukrayna Luqansk ətrafına ordu toplayır - Kiyev savaşa hazırlaşır? 

31652

Ukrayna ordusunun separatçıların nəzarətində olan, Luqansk ətrafında mövqelərini gücləndirdiyi bildirilir. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qondarma Luqansk Respublikasının rəhbərliyi məlumat verib. 

Belə ki, separatçıların polis rəisi İvan Filiponenko rəsmi Kiyevin atəşkəs xəttində mühəndis-bərpa işləri gördüyünü, xüsusilə də yeni səngərlərin qazıldığını və postların möhkəmləndirildiyini bildirib. 

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk bölgələri rəsmi Kiyevdən ayrılaraq, özlərini müstəqil respublika elan ediblər.

Bununla barışmaq istəməyən Ukrayna hökuməti isə, öz suverenliyini bərpa etmək üçün 2014-cü ildən bəri separatçı respubliklara qarşı mübarizə aparmağa davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO