İsveçrəyə səfəri zamanı COVID-19 test nəticəsi pozitiv çıxan şəxslə eyni təyyarədə olan Böyük Britaniyanın Baş naziri Boris Conson karantində qalmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, Britaniya hökumətinin açıqlamasında bildirilir:
“Baş nazir müntəzəm olaraq İngiltərədəki icmaları ziyarət edir və səfərləri COVID-19 qaydalarına uyğun həyata keçirilir. Virusa yoluxan xəstə ilə baş nazirin yaxın əlaqəsi olmayıb”.
Boris Consonun bu davranışı ölkədə sərt tənqidlə qarşılanıb.
“Baş nazir hər kəsin riayət etməli olduğu qaydalara əməl etməməkdən ötrü səbəb axtarır. Belə görünür ki, o, baş verənlərdən heç nə öyrənməyib. Mühafizəkar liderlər ictimaiyyətin sadəlövh olduğunu düşünürlər. Bu hadisə bir daha göstərdi ki, onların öz qaydaları, cəmiyyətin isə tamam başqa qanunlar var” – deyə Leyboristlər Partiyasının sədri Annelize Dodds bildirib.
Bizim.Media