“Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq”.
Bizim.Media xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.
Onun sözlərinə görə, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.
Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək.
Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdır.
Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir.
Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalı və əlaqələr davamlı xarakter almalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:56 / 07.08.2021
İranın yeni prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA
Hazırda oxunan: İranın yeni prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA
Hazırda oxunan: İranın yeni prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA
31617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.