Koronavirus milyonlarla insanı ac qoyub

Koronavirus milyonlarla insanı ac qoyub

Hazırda oxunan: Koronavirus milyonlarla insanı ac qoyub

31604

Təxminən 270 milyon insan cari ildə həyat üçün təhlükəli həddə qida çatışmazlığı ilə üzləşəcək (pandemiyadan əvvəl bu rəqəm 150 milyon idi).

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The New York Times” nəşri BMT-nin proqnozuna əsasən yayıb.

Mənbə yazır ki, ərzaq böhranının ən ciddi mərhələsi sayılan “aclıq həddində” olanların sayı isə 34 milyondan (ötən il) 41 milyona yüksəlib.

Qeyd edək ki, ötən həftə BMT-nin Dünya Ərzaq Proqramı qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə hesabatında, önümüzdəki dörd ay ərzində dünyanın 23 bölgəsində yüksək aclıq vəziyyətinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Buna səbəb kimi silahlı qarşıdurmalar, pandemiyadan gələn iqtisadi böhran və iqlim böhranı göstərilir. Hesabatda söhbətin xüsusən Afrikadan getdiyini, amma Mərkəzi Amerika, Əfqanıstan və Şimali Koreyanın da təhlükə altında olduğu vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO