Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq avqustun 6-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə çatıb.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə təxminən 01:15-də 200 nəfərdən ibarət növbəti yanğın-xilasetmə qrupunu bölgənin rəsmi nümayəndələri, FHN-nin əməkdaşları və KİV nümayəndələri Muğla Dalaman Hava Limanında qarşılayıblar.
Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.
FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.
Qeyd edək ki, Azərbaycanın yanğın-xilasetmə qüvvələri ən qaynar nöqtələrdə fəaliyyət göstərərək Türkiyə xalqının qəlbini fəth ediblər.
Qəhrəmanlarımız yanğınla üz-üzə qaldıqları bütün nöqtələrdə olduğu kimi Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının alovlardan qorunmasında da böyük fədakarlıq göstəriblər. Türkiyə rəsmiləri dəfələrlə göstərilən qəhrəmanlığı qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:02 / 07.08.2021
FHN-in 4-cü qrupu Türkiyəyə çatdı - FOTO
Hazırda oxunan: FHN-in 4-cü qrupu Türkiyəyə çatdı - FOTO
Hazırda oxunan: FHN-in 4-cü qrupu Türkiyəyə çatdı - FOTO
31549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.