Tanınmış futbolçunun oğlu avtomobil qəzasında öldü

Tanınmış futbolçunun oğlu avtomobil qəzasında öldü

Hazırda oxunan: Tanınmış futbolçunun oğlu avtomobil qəzasında öldü

31347

Almaniya millisinin, "Bavariya"nın və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Daily Mail" nəşri yayıb.

Mənbə yazır ki, o, 18 yaşında avtomobil qəzasında vəfat edib.

Qəzanın təfərrüatları hələlik açıqlanmayıb. Hadisə Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Ballakınn evinin yaxınlığında baş verib.

Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO