İsrailin müdafiə naziri: \

İsrailin müdafiə naziri: \"İranı vurmağa hazırıq\" 

Hazırda oxunan: İsrailin müdafiə naziri: \"İranı vurmağa hazırıq\" 

31345

İsrailin müdafiə naziri Benni Qantz İranın Hörmüz körfəzində ölkəsinə məxsus ticarət gəmisinə hücumuna sərt reaksiya verib. 

Bizim.Media “t24.com.tr” saytına istinadən xəbər verir ki, israilli nazir jurnalistlərə verdiyi açıqlamasında “İranı vurmağa hazırıq” deyib. 

İranın Yaxın Şərqdə terrora verdiyi dəstəyi tənqid edən Qantz “Artıq danışmağın mənası yoxdur, hərəkətə keçməyin zamanı gəlib. Tehrana qarşı diplomatik, iqtisadi və hərbi həmlələr etmək vacibdir. Əks təqdirdə, İranın hücumları davam edəcək”,-deyə açıqlamasında bildirib. 

Qeyd edək ki, iyulun 30-da İran körfəzində İsrailə məxsus ticarət gəmiləri PUA-lar vasitəsi ilə hücuma məruz qalıb.

Rəsmi Tel-Əviv isə hücumların arxasında Tehranın dayandığını iddia edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO