İranın yeni prezidenti and içdi - YENİLƏNİB 

İranın yeni prezidenti and içdi - YENİLƏNİB 

Hazırda oxunan: İranın yeni prezidenti and içdi - YENİLƏNİB 

31343

İranın yeni prezidenti İbrahim Rəisi parlamentdə and içib.

Bizim.Media xəbər verir ki, yerli vaxtla 17:00-da başlanan andiçmə mərasiminə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılıb. 

Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də İran prezidentinin inauqurasiya mərasimində iştirak edib. 

Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçirilib. Rəisi 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib elan olunub. 

***

İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başlayıb.

Bizim.Media xəbər verir ki, dövlət televiziyası İRİB tərəfindən birbaşa yayımlanan mərasimdə parlament və Ali Məhkəmə rəhbərləri, yüksək rütbəli rəsmilər və hərbçilər iştirak edirlər.

Bununla yanaşı, 70-dən artıq ölkədən 115-dək qonaq da mərasimdə iştirak edirlər.

Xatırladaq ki, İbrahim Rəisi iyulun 18-də keçirilən və seçicilərin 48,8 faizinin iştirak etdiyi seçkilərdə 17,9 milyon (62 faizə yaxın) səs toplayaraq yeni dövlət başçısı seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO