Özbəkistanın “ishhonch.uz” portalında “Fransa jurnalistləri Qarabağda erməni vandalizmindən dəhşətə gəliblər” sərlövhəli məqalə yerləşdirilib.
Sayt yazır ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya gələn fransız jurnalist Alen Rumestand və fotoqraf Qreqori Erpen işğaldan azad olunan Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.
Bizim.Media xəbər verir ki, səfər zamanı onlar 30 il ərzində erməni vandalizminin nəticələrinin-dağıdılan şəhər və kəndlərin, yerlə-yeksan edilən məscidlərin, Oxçuçayın və digər su mənbələrimizin çirkləndirilməsinin şahidi olublar.
Onlar bildiriblər ki, Fransaya qayıtdıqdan sonra Qarabağda gördükləri vandalizm siyasəti, azad olunan torpaqların indiki vəziyyəti haqqında geniş məqalələrlə çıxış edəcəklər.
Sayt yazır ki, fransız jurnalistlər Bakının gəzməli yerlərində də olublar. Qonaqlar sosial şəbəkələrdə Azərbaycan paytaxtının onları valeh etdiyini yazıblar.
Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 05.08.2021
Özbəkistan portalı Qarabağda erməni vandalizmindən yazdı
Hazırda oxunan: Özbəkistan portalı Qarabağda erməni vandalizmindən yazdı
Hazırda oxunan: Özbəkistan portalı Qarabağda erməni vandalizmindən yazdı
31247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.