Aktyor Şahan Gökbakar yanğın səbəbilə Türkiyənin Muğla bölgəsində olan evindən çıxmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə İnstagram səhifəsində elan edib.
Yanğın bölgəsində video çəkən aktyor görüntülərini İnstagram səhifəsində yayımlayıb.
“Nəfəs almaqda çətinlik çəkirəm, ancaq mən buranı tərk etməyəcəm. Ağacları xilas edə bilmədik. Balaca ərazidə belə yanğının sönməsinə vəsilə olsaq, şükr edərəm. Bəlkə evimi xilas edə bildim. Ancaq bacarmasam buna heç üzülməyəcəm”,- deyə o, qeyd edib.
Xatırladaq ki, Türkiyədə 28 iyulda başlayan meşə yanğınları hələ də nəzarət altına alınmayıb.
Bizim.Media