Mobil telefondan ən çox hansı bölgə istifadə edir? – Azərbaycanda ŞOK rəqəmlər

Mobil telefondan ən çox hansı bölgə istifadə edir? – Azərbaycanda ŞOK rəqəmlər

Hazırda oxunan: Mobil telefondan ən çox hansı bölgə istifadə edir? – Azərbaycanda ŞOK rəqəmlər

31169

Telefon, kompüter, eləcə də internet bəzilərimizin gündəlik həyatının ayrılmaz ehtiyacına çevirilib. Amma sən demə, 5 il əvvəl dünyada kompüter istifadəçilərinin sayı o qədər də çox deyilmiş. Bir sıra açıqlamalara görə, 2016-cı ildə cəmi 365 milyon insan kompüterdən istifadə edib ki, bu da dünya əhalisinin təxminən 5 faizi deməkdir. 

Xüsusilə pandemiya və “evdə qal”-la əlaqədar olaraq ötən il dünyada kompüter satışları dəfələrlə artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR


2021-ci ilin əvvəlində dünyada internet istifadəçilərinin sayı 4,66 milyard olub. Bu, dünya əhalisinin 59,5 faizini təşkil edib. Onun 4,2 milyardı isə sosial şəbəkələrdən istifadə edib. Mobil telefon istifadəçilərinin sayı da dünya əhalisinin ümumi sayı nəzərə alınarsa, az deyil - 5.22 milyard və ya 66.6 faiz insanın cib telefonunun olduğu məlum olub.

Bəs, Azərbaycanda kompüter, internet və mobil telefon iştfadəçiləri nə qədərdir? 

Bizim.Media-nın araşdırmasına görə, Azərbaycanda 8,26 milyon əhali internetdən istifadə edir. Bu da əhalinin 81 faizindən çox edir. “We are social” platformasının məlumatına əsasən, bu ilin əvvəlində ötən ilin əvvəli ilə müqayisədə ölkəmizdə internet istifadəçilərinin sayı 202 min nəfər -  yəni 2,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda kompüter istifadəçisinin sayı əhalinin 74,1 faizini təşkil edib. Daha əvvəlki illərin göstəricilərinə gəlincə, qeyd edək ki, 2005-ci ildə əhalinin cəmi 15 faizi kompüterdən istifadə edib. 2018, 2017, 2016, 2015-cı illərdə Azərbaycan əhalisinin müvafiq olaraq 72,5; 71,7; 70,8; 69,9 faiz kompüter istifadəçisi olub. 

Mobil telefon istifadəçilərin sayına gəlincə, bu göstərici təxminən əhali sayına bərabərdir. Təbii ki, burada bir nəfərin bir neçə telefonu olması amili nəzərə alınır. 

Belə ki, son məlumatlara görə, Azərbaycanda mobil telefon abunəçilərinin sayı 10 milyon 339,7 min təşkil edib. Ölkə əhalisinin sayı isə 10 milyon 135 272 nəfər.

Mobil telefon istifadəsinə görə, Aran iqtisadi rayonu ilk, Abşeron iqtisadi rayonu isə ikinci yeri tutub. Ən aşağı göstərici Xızı rayonunda qeydə alınıb.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO