Çexiyada iki sərnişin qatarı toqquşdu

Çexiyada iki sərnişin qatarı toqquşdu

Hazırda oxunan: Çexiyada iki sərnişin qatarı toqquşdu

31137

Çexiyanın cənub-qərbində yerləşən Domajlits şəhəri rayonunda, Milavçe kəndi yaxınlığında iki sərnişin qatarı toqquşub, ölənlər və yaralananlar var.

Bizim.Media xəbər verir ki, STK agentliyinin Çexiyanın nəqliyyat naziri Karel Havliçekə istinadla yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, çox sayda insan yaralanıb.

“50-yə yaxın insan xəsarət alıb. Vəziyyət ciddidir. Mən hadisə yerinə gedirəm”, - deyə Karel Havliçek bildirib.

Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Peter Ponsarın sözlərinə görə, insident nəticəsində 38 sərnişin yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Hadisə yerinə üç tibb helikopteri, onlarla təcili tibbi yardım maşını və çox sayda xilasedici cəlb olunub.

İlkin məlumata görə, faciə qatarlardan birinin semaforun qırmızı işığında keçməsi nəticəsində baş verib. İnsidentin səbəblərini polis ekspertlərinin də daxil olduğu xüsusi komissiya araşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO