Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Hazırda oxunan: Dünyada koronavirusla bağlı SON STATİSTİKA

31099

Son bir həftə ərzində dünyada 4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub və 64 mindən çox insan ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən yayıb.

Mənbə bildirir ki, son yeddi gündə yeni yoluxma sayı əvvəlki həftənin göstəricilərini 3% üstələyib və ölüm nisbəti 8% azalıb.

ÜST-ün həftəlik bülletenində deyilir:

"Yeni infeksiyaya yoluxma hallarının sayı bir aydan çoxdur artmaqdadır: keçən həftə (26 iyuldan 1 avqusta qədər) 4 milyondan çox insanda koronavirus aşkar edildi, 64 mindən çox ölüm oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusla bağlı SON STATİSTİKA 


İyulun 26-dan avqustun 1-dək dünyada 4 033 836 yoluxmuş şəxs müəyyən edilib və 64 216 ölüm faktı qeydə alınıb. Avqustun 1-nə olan məlumata görə, 197 788 117 yoluxma qeydə alınıb. Pandemiyanın başlanmasından bəri 4.219.578 nəfər ölüb.

Xüsusilə son bir həftə ərzində Şərqi Aralıq dənizində (37% artım) və Sakit Okeanda (33% artım) yoluxmada kəskin artım olub.

Eyni zamanda, Avropada (9%), Amerikada (3%) və Afrikada (1%) azalma qeydə alınıb. Ölüm Qərbi Sakit Okeanda (48%) və Şərqi Aralıq dənizində (31%) əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, Amerikada ölüm sayında əhəmiyyətli azalma (29%) olub.

Avropada yeddi gündə 1 milyondan çox insan yoluxub və 8 mindən çox xəstə ölüb. Amerikada 1,2 milyondan çox yeni infeksiya və 20 mindən çox ölüm qeydə alınıb.

Cənub Şərqi Asiyada həkimlər 840 mindən çox yoluxan, 22 mindən çox ölən adamları müəyyən ediblər. 

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bir həftə ərzində ən çox yoluxma ABŞ-da (543 420) olub. Hindistan (283.923), İndoneziya (273.891), Braziliya (247.830) və İran (206.722) sonrakı yerləri tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO