Rusiya XİN: “Talibanın varlığı Əfqanıstan üçün zəruridir”

Rusiya XİN: “Talibanın varlığı Əfqanıstan üçün zəruridir”

Hazırda oxunan: Rusiya XİN: “Talibanın varlığı Əfqanıstan üçün zəruridir”

31027

“Əfqanıstanın şimalında Talibanın varlığı İŞİD kimi terror qruplaşmalarının bölgədə təhdidlərinin artmasına mane olacaq”

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya Departamentinin sədri Zamir Kabulov deyib.

“ria.ru”-nun xəbərinə görə, Kabulov bir sıra terrorçu qruplaşmaların regionda uzun illərdir fəaliyyət göstərdiklərini qeyd edib:

“Çoxsaylı digər beynəlxalq terror təşkilatları uzun müddətdir ki bölgədə aktivdir. Bu sırada İŞİD birinci yerdədir. Bundan əlavə 20-ə yaxın qruplaşma hələ də regionda mövcudluğunu qoruyur. Həmin təşkilatlar digər bölgə ölkələri üçün də real təhlükə mənbəyidir”.

Rusiyalı diplomat Talibanın varlığının nəyə görə vacib olduğunu da qeyd edib:

“Taliban İŞİD-ə qarşı fəal mübarizə aparır. Eyni sözləri isə, NATO birlikləri və Əfqanıstan hökuməti haqqında demək olmaz. Orta Asiya dövlətlərinə qarşı artan İŞİD təhlükəsi səbəbindən, Talibanın varlığı Əfqanıstan üçün zəruridir. Eyni zamanda qısamüddətli perspektivdə taliblər digər region ölkələri üçün təhlükə doğurmur. Onlar daxili siyasi proseslərlə məşğul olduqlarını həm sözdə, həm də əməldə isbat ediblər”.

Qeyd edək ki, ABŞ qoşunlarının bölgədən eslakasiyasından sonra Əfqanıstanda hakimiyyət uğrunda Taliban və Kabil hökuməti arasında gərgin döyüşlər gedir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO