Çinin paytaxtı Pekin şəhərində yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə karantin qaydaları yenidən qüvvəyə minib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkə rəsmiləri yeni qadağalar tətbiq etməklə virusun qarşısını almağı hədəfləyir.
Yeni qaydalara əsasən, digər bölgələrdən paytaxta girişlər tamamilə məhdudlaşdırılıb. Rəsmi Pekinin bu cür təlaşa düşməsinin səbəbi isə ölkədə “Delta” ştammının yayılmağa başlamasıdır.
Qeyd edək ki, “Delta” variantı Çində yayılmağa başladıqdan sonra ölkənin 27 müxtəlif şəhərində 350-dən çox insana “Covid-19” diaqnozu qoyulub. Pekində isə hələlik yalnız 4 nəfərdə “Delta”nın əlamətlərinə rast gəlinib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:31 / 02.08.2021
Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı
Hazırda oxunan: Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı
Hazırda oxunan: Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı
30905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.