Məhəmməd Mursinin oğlu: “Atama dedim ki, ordunun qarşısında geri çəkilmə”

Məhəmməd Mursinin oğlu: “Atama dedim ki, ordunun qarşısında geri çəkilmə”

Hazırda oxunan: Məhəmməd Mursinin oğlu: “Atama dedim ki, ordunun qarşısında geri çəkilmə”

30723
“Atamdan ordunun qarşısında geri addım atmamasını istədim”. APA-nın məlumatına görə, bunu SNN-ə müsahibəsində Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin oğlu Üsamə Mursi deyib. Ü. Mursi hərbçilər tərəfindən həbs olunmuş atası, sabiq prezident Məhəmməd Mursinin harada saxlanıldığından xəbərsiz olduğunu bildirib.

Ü. Mursi atası ilə çevrilişdən bir qədər əvvəl görüşdüyünü söyləyib: “Ondan ordunun qarşısında geri çəkilməməsini istədim. Mənim tanıdığım Məhəmməd Mursi qürurlu bir insandır. Geri addım atmış və ya qaçmış olsa, prezident postunda qalsa belə, utandırıcı olardı. Hazırda gizli bir hərbi bazada saxlanılır. Ailəmiz narahat deyil. Məhəmməd Mursi cinayət törətməyib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO