“Yaxşı” foto ilə “pis” fotoşəkil arasındakı fərq subyektivdir.
Lakin alıcılar satış üçün keyfiyyətli olan fotoları asanlıqla fərqləndirir.
Yeni trendlər yaransa da, fotoşəkili keyfiyyətli edən bir neçə əsas amil var. Ən çox satılan bütün fotolar aydın və sadə bir mesaj verirlər.
Yalnız bir neçə sadə dəyişikliklə “yaxşı” fotoşəkili alıcılar üçün cəzbedici təklifə çevirmək olar.
Bizim.Media fotoşəkillərin cazibəsini artıra biləcəyiniz 8 asan yolu təqdim edir.
Mükəmməl foto, yanlış istiqamət.
Cazibədar bir görüntü alıcının diqqətini cəlb etmək üçün kifayət deyil. Həmçinin ehtiyac duyduqları xüsusi formata uyğun olmalıdır.
Məsələn, fotonuz sadəcə üfüqi istiqamətindədirsə, jurnal reklamı üçün şaquli bir şəkil axtaran dizaynerə maraqlı olmayacaq.
Bunun üçün bir fotonu həm şaquli həm də üfüqi istiqamətdə çəkməyə çalışın. Alıcılar, ehtimal ki, mətn və ya loqotiplər əlavə edəcəklərinə görə şəkilin ətrafında bunun üçün yer buraxın.
Onların ehtiyaclarını əvvəlcədən təxmin edin. Gözəl foto, doymuş bazar.
Ümumiyyətlə, bir itin fotoşəkili, ehtimal ki, vəhşi bir karakalın eyni dərəcədə ecazkar bir fotoşəkilindən az diqqət çəkəcək.
Tonlarla it şəkli var və sizin şəkliniz çoxluq arasında itə bilər. Fərqli olmağa cəsarət edin.
Tanınmış turistik yerlərə getmək əvəzinə, yerli sakinlərdən ən sevdikləri yerləri barədə soruşun.
Başqalarının indiyə qədər etmədiyi şeyləri etməyə çalışın. Bulanıq şəkillər istifadəçiyə aydın olmayacaq.
Buna görə ilk növbədə şəkilləri doğru çəkməyə çalışın. Lisenziyalaşmaya gəldikdə, texniki detallar vacibdir. Bulanıq və ya səs-küylü bir şəkil istifadəçilərə aydın olmayacaq.
Rənglərinizi, kontrastınızı və parlaqlığınızı zərifləşdirməyə bir az vaxt sərf edin. Şəklinizi alıcıya təqdim etməzdən qabaq diqqətlə onu nəzərdən keçirin.
Həddindən artıq şəkil üzərində işləmək lazımd deyil, yüngül bir toxunuşlar bəs edir. Şəkillərə əsas mövzu qədər arxa plan da vacib amildir.
Alıcılar, fotoşəkilin ümumi mövzusundan yayındırmayan arxa planlar istəyirlər. Məsələn, küçədə bir model çəkirsinizsə, arxa plandakı sıxlıq şəkli məhv edə bilər.
Çalışın şəkillərinizdə yeni texnologiyalardan istifadə edin. Uzun müddət trenddə qalması üçün yeni şeylər çəkməyə çalışın.
Mövzunuz gözəl olsa belə əgər baxış bucağınız maraqlı deyilsə fotonuz yaxşı alınmayacaq.
Hər zaman yeni baxış bucağı axtarışında olun. Əgər daima işıqlı havada çəkilişlər edirsizsə çalışın qaranlıq havada da şəkillər çəkməyə başlayın.
Modellərlə işləyərkən süni olmamağa çalışmaq lazımdır. Bunun üçüb təbii modellərə üstünlük verin.
Dizaynerlər hər hansı bir hadisə ilə bağlı şəkilləri əvvəlcədən axtarırlar.
Misal üçün 31 dekabr üçün olan şəkilləri dekabrn 31 yükləməyiniz doğru deyil
Aliyə İlyas, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:00 / 20.11.2020
Yaxşı fotonun 8 əlaməti
Hazırda oxunan: Yaxşı fotonun 8 əlaməti
Hazırda oxunan: Yaxşı fotonun 8 əlaməti
3068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.