Dünyanın beş ən varlı adamı kimdir?

Dünyanın beş ən varlı adamı kimdir?

Hazırda oxunan: Dünyanın beş ən varlı adamı kimdir?

3067

Bloomberg milyaderlər indeksini açıqalyıb.

Birinci yerdə Jeffrey Preston Bezos dayanıb. Bezos amerikalı texnologiya sahibkarıdır.

O Amazonun yaradıcısı, CEO-su və prezidentidir. 2017 – ci ilin əvvəlində Bezos ilk yüz milyader arasında yerləşirdi. 

2018 – ci ilin iyul ayında Jeffery Pretsonun sərvəti 150 milyard ABŞ dollarını keçərək dünyanın ən zəngin insanı oldu.

Həmçinin Jeff Bezon Blue Origin adlı raket şirkətinin də sahibidir. 

2013- cü ildə isə “Washington Post” qəzetini satın alaraq media sektoruna da adım atıb.

Hazırda Jeffery Pretson Bezosun sərvəti 183 milyard dollardır.

İkinci ən varlı planet sakini Bill Qeytsdir. O, 128 milyard dollar sərvəti ilə Microsoft şirkətinə sahiblik edir.

Bill Qeyts digər sahələrlə də sərvətini böyüdür.

Həmçinin milyader tez- tez xeyriyyəçiliklə məşğul olur. Onun sərvətinin 40% xeyriyyə işləri üçün sərf edilir.  

Üçüncü yerdə Space X – in qurucusu Elon Mask dayanıb. O, həmçinin Tesla ilə PayPlanın qurucularından biri, SolarCity – nin prezidentidir.

Onun sərvəti 120 milyard dollardır.

Dördüncü yerdə “Facebook” fədailərinin sevimlisi Mark Zukenberq gəlir.

Facebook Tik-Toka rəqib olacaq proqram yaradaraq şirkətin səhmlərini yüzdə əlli artırıb.

Hazırda o, 103 milyard dollarlıq sərvətə sahibdir. 

Beşinci yerdə Fransanın ən varlı iş adamı Bernard Arnaultdur. Bernard dünyanın ən popular 75 markasını özündə birləşdirən LVMH şirkətinin sahibidir.

Şirkət brend saalart, parfum, kosmetika, dəri geyimlərin satışı ilə məşğuldur. Onun da mal-dövləti 103 milyard dollar hesablanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO