FHN-nin əməkdaşları Marmarisdə yanğınları söndürür

FHN-nin əməkdaşları Marmarisdə yanğınları söndürür

Hazırda oxunan: FHN-nin əməkdaşları Marmarisdə yanğınları söndürür

30609

Azərbaycan yanğınsöndürənləri Türkiyədə yerli vaxtla saat 9:00 radələrində fəaliyyətə başlayıblar.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşları Muğla vilayətinin Marmaris bölgəsində yanğınların söndürülməsinə cəlb olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Birinci qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO