"Azgəlirli ölkələrdə insan alverinin qurbanlarının yarısı uşaqlardır" - BMT Baş katibi

Hazırda oxunan: "Azgəlirli ölkələrdə insan alverinin qurbanlarının yarısı uşaqlardır" - BMT Baş katibi

30478

"Azgəlirli ölkələrdə insan alverinin qurbanların yarısı məhz uşaqlardır".

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş insan alverinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciətində deyib.

"Qlobal pandemiyanın artan bərabərsizlik və iqtisadi dağıntılarla müşayiət olunduğu bir vaxtda insan alverindən xilas olan və onun qurbanı olmuş insanların səsləri eşidilməmək təhlükəsi ilə üzləşib.

Halbuki məhz indi onların hekayələrini dinləmək hər zaman olduğundan daha vacibdir. Çünki COVID-19 böhranı hələ də həssaslıq və çarəsizlikləri artırmaqdadır. 124 milyondan çox insan pandemiya nəticəsində kəskin yoxsulluq səviyyəsinə düşüb. Milyonlar isə insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşir.

Uşaqlar böyük və artan risk altındadır: onlar qlobal səviyyədə insan alveri qurbanlarının üçdə birini təşkil edir – bu isə son 15 il ərzində bu rəqəmin üç dəfə artması deməkdir. Azgəlirli ölkələrdə qurbanların yarısı məhz uşaqlardır. Onların əksəriyyəti icbari əməyə cəlb olunur.

Cinayətkarlar hər yerdə həssas əhali qruplarını müəyyənləşdirmək, onları nəzarət altında saxlamaq və istismar etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər.

Uşaqların onlayn platformalar vasitəsilə cinsi istismar, məcburi evlilik və digər məqsədlər üçün hədəfə çevrilməsi halları artmaqdadır".

BMT Baş katibi bildirib ki, qadın və qızların cinsi istismar məqsədi ilə alveri ümumilikdə insan alverinin ən geniş yayılmış formalarından biri olaraq qalmaqdadır və əksər bölgələrdə bu şəkildə insan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO