Türkiyənin meşə yanğınları nəticəsində daha bir nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli məlumat verib.
Məlumata görə,Türkiyənin Muğla rayonunda baş verən yanğında 25 yaşındaki Şahin Akdemir adlı gənc bölgədən ayrılmağa çalışarkən motoskletin aşması nəticəsində yaralanıb və alovların arasında qalaraq həyatını itirib.
Qeyd edək ki, bundan əvvəl meşə yanğınları nəticəsində daha 3 nəfərin həyatını itirdiyi bildirilmişdi.
***
Türkiyədə meşə yanğınları nəticəsində 3 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, hazırda xəsarət alan 58 nəfər isə xəstəxanaya müalicə alır. Ümumilikdə isə 183 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Manavqatda başlayan yanğınlar Bodruma da yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:50 / 29.07.2021
Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB
Hazırda oxunan: Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB
Hazırda oxunan: Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB
30400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.