Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini vəzifəsindən azad edilir? – SƏBƏB 

Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini vəzifəsindən azad edilir? – SƏBƏB 

Hazırda oxunan: Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini vəzifəsindən azad edilir? – SƏBƏB 

30007

Azərbaycanlı prokuror Gündüz Məmmədov  Ukrayna Baş prokurorunun müavini vəzifəsindən azad edilir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “pravda.com.ua” saytı Məmmədovun maraqlarını təmsil edən “Miller” Hüquq Bürosuna istinadən yayıb. 

Vəkillərin dediklərinə görə, Baş Prokurorluğun rəhbərliyi qəsdən ona çətin iş şəraiti yaradır, rəsmi vəzifələrini yerinə yetirməyə mane olur, sistematik olaraq təzyiqlər göstərir: 

“Bu isə prokurorun müstəqilliyinin təməl prinsiplərini tamamilə inkar edir”. 

İyun ayının sonu - iyul ayının əvvəllərində Gündüz Məmmədov Silahlı Münaqişə Zəminində Cinayətlərə Dair İşlər İdarəsi və Uşaqların Maraqlarının Müdafiəsi və Şiddətə Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən çıxarılıb, onun dövlət sirlərinə girişinə qadağa qoyulub, Baş Prokurorun müavini vəzifəsi ixtisar edilib. 

Vəkillərin fikrincə, həm də onu nüfuzdan salan məlumat kampaniyasından istifadə olunur: 

“Sözün həqiqi mənasında, bu vəziyyətdə səlahiyyətlərini yerinə yetirə bilməyən müştərimiz üçün vəzifədə qalmaq qəbuledilməzdir. Bu səbəbdən Gündüz Məmmədov 25 il prokurorluqda çalışdıqdan sonra istefa etmək qərarına gəlib". 

Bundan əvvəl isə Baş Prokurorluğun ofisinin rəhbəri İrina Venediktova müavini Gündüz Məmmədovu "Müharibə departamenti" adlı qurumun rəhbərliyindən çıxarıb, daha sonra isə səlahiyyətlərinin qalan hissəsini də əlindən alıb. 

Xatırladaq ki, Gündüz Məmmədov 2016-cı ildən bəri hərbi cinayətlər və işğal olunmuş ərazilərlə bağlı məsələlərə rəhbərlik edib: əvvəlcə Krım Muxtar Respublikasının Prokurorluğunda çalışıb, daha sonra Ruslan Ryaboşapkanın dövründə Baş Prokurorluğa gəlib. 

Onun komandasının işdən çıxarılmasından sonra Məmmədov Venediktova ilə işləyib, lakin deyilənə görə uzun müddət baş prokurorla ziddiyyəti olub. 

Məmmədovun vəkilləri onun "Müharibə departamenti" rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO