Saakaşvili: “Moskva Ukraynaya hücuma hazırlaşır”

Saakaşvili: “Moskva Ukraynaya hücuma hazırlaşır”

Hazırda oxunan: Saakaşvili: “Moskva Ukraynaya hücuma hazırlaşır”

29959

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiyanın Ukraynaya mümkün hücumu ilə bağlı səsləndirdiyi iddialarla gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “ria.ru” saytı məlumat verib.

Saakaşvilinin sözlərinə görə, Rusiyanın Krıma hərbi qüvvə toplaması Moskvanın Ukraynaya hücuma hazırlaşdığının əyani sübutudur.

Onun fikrincə, Ukrayna ətrafında baş verənlər Gürcüstanın 2008-ci ildəki vəziyyətini xatırladır. Çünki 13 il əvvəl olduğu kimi Rusiya yenidən öz qüvvələrini sərhəd bölgəsinə yığır.

Bundan əlavə, Gürcüstanın keçmiş lideri Kreml rəhbəri Vladimir Putinin bir neçə gün öncə Ukrayna xüsusi təyinatlılarının yerləşdiyi Zmeini adası ilə bağlı etdiyi xatırlatmaya da diqqət çəkib. 

Saakaşvilinin fikrincə, bu Rusiyanın hücum ssenarilərindən ilkidir. Digər ssenariyə görə isə, Moskva  Mariupol – Zaparoje – Xerson – Nikolaev xətti ilə hücuma keçəcək.

Eks-prezidentin sözlərinə görə bu, daha real ssenaridir.

Qeyd edək ki, Qərb ölkələri də Moskvanı Ukrayna ilə sərhəddəki təcavüzkar hərəkətlərini gücləndirməsi səbəbindən dəfələrlə günahlandırıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO