Kembric Universitetindən bir qrup elm adamı, COVID-19 xəstəliyi keçirən insanların əqli səviyyələrində geriləmə olduğunu aşkarlayıb.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, məqalə “The Lancet” elmi jurnalında dərc edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda daha neçə nəfər koronavirusa yoluxub? – STATİSTİKA
Təcrübədə iştirak edən 81,337 nəfərdən 12,689-u müxtəlif dərəcədə COVID-19 xəstəsi olub.
Respondetlərə idrak səviyyəsini ölçməyə yönəlmiş bir sıra testləri həll etmək tapşırılıb. Xəstəliyi yüngül formada keçirənlər də daxil olmaqla, koronavirusa yoluxanların əksəriyyəti, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkiblər.
İştirakçıların beyin fəaliyyətinin pozulması səviyyəsinə görə birbaşa xəstəliyin şiddətindən asılı olduğu ortaya çıxıb. Təcrübədən bəlli olub ki, süni nəfəs aparatına bağlanan xəstələrin IQ səviyyəsi yeddi pillə aşağı enib.
Bu cür səviyyə hətta insult keçirən xəstələrdə belə müşahidə olunmayıb.
Xatırladaq ki, koronavirusun xarakterik əlamətlərindən biri də qoxu və dad itkisidir ki, buda mərkəzi sinir sisteminin işindəki pozğunluqlarla əlaqəlidir. Çünki koronavirus beyindəki qoxu verən neyronlara zərər verir.
Bizim.Media