“Amerika lideri Co Baydenin oğlu Hunterin kompüterinin “sındırılmasında” Rusiyanın əli olmasl ilə bağlı açıqlamaları biabırçılıqdır”.
Bizim.Media xəbər verir ki, bu mövqeyi ABŞ-ın keçmiş prezidenti Donald Tramp dilə gətirib.
“RİA Novosti” agentliyi yazır ki, siyasətçi Hunter Baydenin noutbukuna edilən kiberhücumda Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli hakerlərin günahkarlığı versiyasını lağa qoyub.
“Bu həmişə Rusiyadır. Fərq etdinizmi, heç bir halda Çin deyil, çünki onlar Rusiyadan deyil, Çindən zənginləşirlər. Hər zaman Rusiya, Rusiya. Bunu da Rusiya etdi!”, deyə o, qeyd edib.
Kiçik Baydenin kompüterindən alınan məlumatlar cihazı Delaverdəki bir təmir xidmətinə aparandan və onu götürmədikdən sonra mətbuata yayılıb.
Beləliklə, noutbukda yetkinlik yaşına çatmayanlarla bağlı şəkil və yazışmalar, habelə Ukraynadakı şirkətlərlə etdiyi gizli anlaşmalara dair məktublar tapıblar.
Amerika prezidentinin oğlu bunun arxasında rus hakerlərinin ola biləcəyini iddiasını irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 25.07.2021
Tramp Baydenin oğlunu lağa qoydu – SƏBƏB
Hazırda oxunan: Tramp Baydenin oğlunu lağa qoydu – SƏBƏB
Hazırda oxunan: Tramp Baydenin oğlunu lağa qoydu – SƏBƏB
29865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.