Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

29700

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 573 mindən çox artıb.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 573 min 762 nəfər yeni koronavirusa yoluxub, 8 min 646 nəfər isə dünyasını dəyişib.

Bununla da yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon), Böyük Britaniya (5,6 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO