Ermənistan əsgərlərini İranda axtarır

Ermənistan əsgərlərini İranda axtarır

Hazırda oxunan: Ermənistan əsgərlərini İranda axtarır

2965

Ermənistanın Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.

Bizim.Media Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla bağlı  Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan məlumat verib.

Bildirilib ki, 44 günlük döyüşlərdə erməni əsgərlərinin bir qismi itkin düşüb, onlardan xəbər yoxdur. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.

Nazirliyin nümayəndəsi bildirib ki, məsələnin araşdırılması üçün İrana müraciət ediblər.

Ancaq İran ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO