Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın 1 iyul 2021-ci ildə qəbul etdiyi "Ukraynanın yerli xalqları haqqında" qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “flot2017.com” saytı Prezident Aparatının mətbuat xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, sənəd "Ukraynanın yerli xalqı" anlayışını özündə cəmləşdirir, yerli əhalinin hüquqlarını müəyyənləşdirir və onların təmsiledici orqanlarını tanıyır.
Qanunda qeyd olunub ki, Krım yarımadası ərazisində meydana gələn Krım tatarları, karaimlər və kırımçaklar Ukraynanın yerli xalqları hesab edilir.
Sənəd yerli xalqların mədəni, informasiya və digər hüquqlarının qorunmasına, Ukrayna dövləti ilə işləmə mexanizmlərinin təmin edilməsinə yönəlib.
Qanun dərc olunduğu gündən qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:50 / 22.07.2021
Tatarlar, karaimlər və kırımçaklar Ukraynanın yerli xalqları statusunu aldı - Zelenskidən yeni QANUN
Hazırda oxunan: Tatarlar, karaimlər və kırımçaklar Ukraynanın yerli xalqları statusunu aldı - Zelenskidən yeni QANUN
Hazırda oxunan: Tatarlar, karaimlər və kırımçaklar Ukraynanın yerli xalqları statusunu aldı - Zelenskidən yeni QANUN
29469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.