Arutyunyan bu dəfə komandasındakı fərarilərlə gündəmə gəldi

Arutyunyan bu dəfə komandasındakı fərarilərlə gündəmə gəldi

Hazırda oxunan: Arutyunyan bu dəfə komandasındakı fərarilərlə gündəmə gəldi

2936

“Arayik Arutyunyan xainləri axtarmaqla məşğuldur. O, tez-tez həlledici məqamda bir çox insanın cəbhə xəttini tərk etdiyini deyir. Bununla  da hərbi-siyasi rəhbərliyin məğlubiyyətinə haqq qazandırmağa çalışır”.

Bizim.Media xəbər verir ki, "Hraparak" qəzeti Arutyunyan haqqında bəzi faktları açıqlayıb.

Qəzetdə qeyd edilir ki, hətta Arutyunyanın şəxsi mühafizəsinin bəzi üzvləri də onunla cəbhə bölgəsinə getməkdən imtina ediblər:

“Baş prokurorun yeni təyin edilən iki müavini müharibə zamanı Qarabağı tərk edib və Arayik Arutyunyanın bu yaxınlarda onları vəzifələrindən azad etməsinin səbəbi də məhz budur''.

''Ümumiyyətlə, Ermənistan idarəetmə böhranı yaşadığı kimi, “Artsax” da yaşadı”.

Yazıda bildirilir ki, bəzi dövlət məmurları müharibə vaxtı Ermənistana qaçdığı üçün Arayik onları işdən qovub:

“Bəziləri isə müharibədən sonra etiraz əlaməti olaraq qovulub. Milli Təhlükəsizlik Şurasının rəhbəri Samvel Babayan da həmin məmurlardandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO