Çin dünyanın ən sürətli yerüstü nəqliyyatını yaratdı

Çin dünyanın ən sürətli yerüstü nəqliyyatını yaratdı

Hazırda oxunan: Çin dünyanın ən sürətli yerüstü nəqliyyatını yaratdı

29257

Çinli mütəxəssislər saatda 600 kilometrə qədər sürət yığan və maqnit döşəklərin üzərində hərəkət edən dünyanın ən sürətli qatarını yaradıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Sinxua xəbər agentliyi yayıb.

Mənbə yazır ki, hazırda həyata keçirilən layihə dünyanın ən sürətli yerüstü nəqliyyat vasitəsi hesab olunur.

Sürətli qatar ilk dəfə istehsal edildikdən sonra 20 iyulda Çindao şəhərində göstərilib. Qatar maqnit sahəsinin qüvvəsi ilə relslərin üzərində dayanır və sürət götürərkən ona toxunmur. Texnologiya səs-küy səviyyəsini minimuma endirir. Bu tip qatarlar binalar arasında daha yaxşı hərəkət edir, çünki “minimum dönmə radiusu yarıbayarı kiçikdir”.

Layihə 2016-cı ilin oktyabr ayından etibarən Çində tam hazırlanıb. Prototipi Çindaoda yaradılıb və 2020-ci ilin iyun ayında Şanxayda dizayn sınaqlarına başlanılıb.

Bu layihə ölkənin dəmir yolu nəqliyyatı sahəsində son elmi və texniki nailiyyətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO