Tokio Olimpiadası, yoxsa ƏCNƏBİ HƏBSXANASI - \

Tokio Olimpiadası, yoxsa ƏCNƏBİ HƏBSXANASI - \"RİA Novosti\" ŞOKDADIR

Hazırda oxunan: Tokio Olimpiadası, yoxsa ƏCNƏBİ HƏBSXANASI - \"RİA Novosti\" ŞOKDADIR

29172

"Hava limanında 7-8 check point, nəzarət məntəqəsi var ki, bu da sərnişinin 3-5 saatarası zamanını alır."

Bizim.Media xəbər verir ki, bu sözlər Tokio Olimpiya oyunlarını işıqlandırmağa yollanan "RİA" müxbirlərinin təəssüratlarından biridir:
 

MÖVZU İLƏ BAĞLI:

Tokioda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına start verildi

 


"Hava limanın dolu avtobusla nəqliyyat kəsişməsinə aparır, ordan isə bir-bir, təkbaşına taksilərlə otelə yola salırlar. Həmkarınla yolboyu birgə gəlmiş olsan da, mehmanxanada bir yerdə qalsanız da, taksilərə tək adam mindirilir.

Oteldə 3 gün karantin və hər gün test olunmaq qaydası var. Karantin müddətindən sonra hər şey qaydasındadırsa, 4 günə bir dəfə test olunmaq lazımdır.

Lazımı avadanlıqla özün yoxlanır və nəticələri saytda qeydiyyatdan keçirirsən. Testin cavabı müsbətdirsə bunu yalnız COVİD müfəttişi bilir. Mehmanxalarda ingilis dili problemi var. Demək olar ki, şəxsi heyət arasında ingilscə bilən yoxdur. İş istisnası ilə saat 20:00-dan sonra oteli tərk etmək qadağandır. Restoran və barlara da olmaz. Telefonda iki proqram olmalıdır ki, onlardan biri sağlamlığı nəzarət, digəri hərəkət istiqamətləri və təmasları kontrolda saxlayır. Bütün tualetdə əl qurulayan apararlar qapalıdır."

Bundan başqa, Tokioya gələn qonaqlara avtobus və metrodan istifadə qadağası var. Mağazalara giriş icazəsi isə cəmi 15 dəqiqədir. Yerli sakinlərlə əlaqəyə girmək, hətta sürücülərlə danışmaq olmaz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO