Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

29153

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 418 mindən çox artıb.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 418 min 270 nəfər yeni koronavirusa yoluxub, 6 min 840 nəfər isə dünyasını dəyişib.

Bununla da yoluxanların ümumi sayı 191 milyon 691 min 778, ölənlər isə 4 milyon 112 min 556 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35 milyon), Hindistan (31,1 milyon), Braziliya (19,3 milyon), Rusiya (5,9 milyon), Fransa (5,8 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO