Dünyada vurulan vaksinlərin sayı açıqlandı

Dünyada vurulan vaksinlərin sayı açıqlandı

Hazırda oxunan: Dünyada vurulan vaksinlərin sayı açıqlandı

28993

İyulun 17-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 610 milyonu ötüb.

Bizim.Media vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 440 milyon doza ilə dünya ölkələri arasında liderliyini davam etdirir.

Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 399 milyon 700 min doza, ABŞ-da 336 milyon 60 min doza peyvənd vurulub.
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd olunanların sayı AÇIQLANDI


Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (121 milyon 710 min), Almaniya (85 milyon 620 min), Böyük Britaniya (81 milyon 700 min), Yaponiya (66 milyon 180 min), Fransa (63 milyon 170 min), Türkiyə (62 milyon 578 min) və İtaliya (60 milyon 570 min) yer alıb.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (164,44 doza).

Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (162,71), Seyşel Adaları (141,98), İslandiya (136,68), San-Marino (132,74), Bəhreyn (131,07), Uruqvay (129,71), Çili (126,85), İsrail (126,70) və Qətər (121,40) daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO