Həcc ziyarəti başladı - Zəmzəm suyunu xüsusi robotlar paylayacaq

Həcc ziyarəti başladı - Zəmzəm suyunu xüsusi robotlar paylayacaq

Hazırda oxunan: Həcc ziyarəti başladı - Zəmzəm suyunu xüsusi robotlar paylayacaq

28978

Məhdud sayda zəvvarın iştirakı və ciddi təhlükəsizlik tədbirləri altında müqəddəs Həcc ziyarətinə start verilib. Artıq iyulun 17-dən etibarən Səudiyyə Ərəbistanı ərazisində yaşayan əcnəbilər və Krallığın vətəndaşları Məkkə şəhərinə axışmağa başlayıblar.

Təxminən 1700-dən çox xüsusi dezinfeksiya edilmiş avtobuslar onları hava limanı və avtovağzaldan Kəbəyə aparır.

Bizim.Media SPA agentliyinə istinadla xəbər verir ki, zəvvarlar avtobuslara minməzdən əvvəl mobil telefonlarına xüsusi kartların köməyi ilə proqram yükləyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

QMİ: “Bu il ziyarət OLMAYACAQ” – Həccə gizli necə gedirlər?


“Şair Smart Card” adlanan bu tətbiqdə zəvvar haqqında bütün məlumatlar, o cümlədən COVID-19 testi arayışı və vaksinasiya sertifikatı mövcuddur. Kəbəyə girişdə xüsusi aparatlar vasitəsilə onların mobil telefonlarındakı bu tətbiq yoxlanılır.

Normal şəraitdə 2,5 milyon zəvvarı qəbul edən Məkkəyə ötən il cəmi 10 min, bu il isə cəmi 60 min hacı namizədi gəlib.

Səudiyyə Ərəbistanı bu il də xarici ölkələrdən zəvvarları qəbul etməyib. Həcc ziyarətinə gələnlər üçün Zəmzəm suyu da xüsusi robotlar vasitəsilə paylanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO