ABŞ-ın məşhur brendi Ukraynada SOCAR-ı seçdi

ABŞ-ın məşhur brendi Ukraynada SOCAR-ı seçdi

Hazırda oxunan: ABŞ-ın məşhur brendi Ukraynada SOCAR-ı seçdi

0:00
0:00
28677

Amerikanın dünyaca məşhur “Nathans famous” mətbəx brendi Ukraynada təqdimatını keçirmək üçün “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrindən birini seçib.

Açılışın SOCAR-a məxsus məntəqədə baş tutmasının səbəbini açıqlayan ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent bildirib ki, artıq bu Azərbaycan brendi dünyaca məşhurdur və məkan insanların mütəmadi ziyarət etdiyi bir yerdir.

O, əlavə edib ki, SOCAR həyata keçirdiyi layihələr də kifayət qədər rəğbət qazanıb.

Tədbirdə iştirak edən  “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, “Nathans famous”un vitse prezidenti Ceyms Volker, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder də SOCAR-ın son ilər əldə etdiyi uğurlardan danışıblar.

Brendin SOCAR-da açışını etməsini təasdüf olmadığını deyən səfir Elmira Axundova bildirib ki, bu gün Azərbaycan şirkəti artıq qida mədəniyyətinin inkişafına, ukraynalıların dünyaca məşhur mətbəxlə tanışlığına investisiya qoymuş olur. 

Sonra tədbir iştirakçıları “SOCAR Energy Ukraine” məxsus məntəqənin fəaliyyəti ilə tanış olublar. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO