Cənubi Afrikada çıxarılan nadir mavi almaz “Petra Diamonds” şirkəti tərəfindən 40 milyon dollardan baha qiymətə satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” xəbər verib.
39.3 karat ağırlığında olan daş qlobal qiymətli daş bazarında indiyə qədər satılan ən bahalı işlənməmiş almazlardan biri olub.
Qiymətli daş cari ilin aprel ayında Pretoriya şəhərindən 40 kilometr şərqdə yerləşən “Cullinan” yeraltı mədənindən əldə edilib.
Qeyd edilir ki, “Afrika ulduzu” kimi tanınan, 3106 karat (621,35 qram) ağırlığında olan dünyanın ən böyük almazı da məhz bu mədəndə (1905-ci ildə) tapılmışdı.
Mütəxəssislərin fikrincə, mavi almazlar son dərəcə nadirdir, çünki dünya hasilatının yalnız 0,1% -ni təşkil edir.(oxu.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:00 / 14.07.2021
Nadir mavi almaz 40 milyon dollardan baha qiymətə satıldı - FOTO
Hazırda oxunan: Nadir mavi almaz 40 milyon dollardan baha qiymətə satıldı - FOTO
Hazırda oxunan: Nadir mavi almaz 40 milyon dollardan baha qiymətə satıldı - FOTO
28501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.